Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad olunub.

10 fevral 2022 | 16:00

44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıtdıq.

Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi  yad olunub.

Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül-çiçək dəstələri düzüblər.

Keçidlər