Nəsimi rayonunda Vətən Müharibəsi Şəhidi Solnsev Dmitriy Aleksandroviçin ailəsi ziyarət olunub.
Bu gün Müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı. Bir daha sübüt olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir.
Respublikamızın hər bir yerində olduğu kimi, Bakı şəhərinin Nəsimi rayonunda da Şəhid ailələrinə və Vətən Müharibəsi iştirakçılarına daim diqqət və qayğı göstərilir.
Bu günlərdə Nəsimi rayon icra hakimiyyətinin rəhbərliyi və məsul əməktaşları Vətən müharibəsi şəhidi Solnsev Dmitriy Aleksandroviçin bacısı Y. Solnsevanın dəvəti ilə şəhid ailəsini ziyarət ediblər.
Səmimi söhbət zamanı ailəni narahat edən məsələlər müzakirə olunub, qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar aidiyyəti şəxslərə RİH başçısı tərəfindən müvafiq tövsiyyələr verilib.
Qeyd edək ki, ailənin istəyi nəzəra alınaraq yaşadıqları mənzildə əsaslı təmir işləri aparılıb, binanın fasad hissəsinə şəhid Solnsev Dmitriy Aleksandroviçin xatirə barelyefi vurulub və ailəyə RİH tərəfindən mütəmadi olaraq yardımlar olunmuşdur.
Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.