Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətində Məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının qorunması ilə bağlı tədbir keçirilib.

26 noyabr 2021 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətində “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun növbəti iclası keçirilib. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,  “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun rəhbəri Gülarə Verdiyeva iclası açaraq bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 2307 nömrəli 27 noyabr 2020-ci il tarixli  Sərəncamının “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin gücləndirilməsi”  barədə 12.5.3-ci yarımbəndinin icrası ilə əlaqədar 2021-ci il ərzində Nəsimi RİH yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun və müvafiq səlahiyyətli şəxslərin iştirakı ilə məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması məqsədilə Azərbaycan Respublikasının Məişət zorakılığının qarşısının alınması haqqında Qanun 17-ci Maddəsinin(Zərər çəkmiş şəxslərə yardım göstərildikdə konfidensiallığın təmin edilməsi) icrası ilə əlaqədar bir sıra tədbirlər görülmüşdür.

Bununla belə, məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində daima bir sıra tədbirlərin keçirilməsinə ehtiyaçı vardır. Odur ki, məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması monitorinq qrupunun hər bir üzvü tərəfindən daima nəzarətdə saxlanılmalıdır.

Monitorinq qrupunun digər üzvləri çıxış edərək, müzakirə olan məsələyə dair öz fikirlərini bildirdilər.

Keçidlər