Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda gender zorakılığının qarşısının alınması ilə əlaqədar məlumatlandırma və maarifləndirmə mövzusunda növbəti tədbir keçirilib.

17 sentyabr 2021 | 16:00

Ölkəmizdə insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edən demokratik hüquqi islahatlar çərçivəsində uğurlu gender siyasəti aparılır, qadın problemlərinin həlli dövlət və cəmiyyət tərəfindən daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli mütərəqqi islahatlar hər bir ailənin rifahının yaxşılaşmasına, həmçinin cəmiyyətimizin müxtəlif təbəqələrinin, o cümlədən qadınların hüquqlarının təmin olunmasına yönəlib. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü həyata keçirilən məqsədyönlü və önəmli tədbirlər də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.

Cəmiyyətdə qadınların daha çox əziyyət çəkdiyi kobud rəftar, şiddət və bu kimi digər halların yolverilməzliyi ən vacib məsələlərdən biridir. Dünyanın əksər inkişaf etmiş dövlətləri kimi, Azərbaycanda da gender əsaslı zorakılığın qarşısının alınması üçün mühüm addımlar atılır.

Ölkə ictimaiyyətinin diqqətini gender əsaslı zorakılıqla mübarizəyə cəlb etmək məqsədilə keçirilən müxtəlif maarifləndirici tədbirlər keçirilir.

Hüquq mühafizə orqanlarının məsul əməkdaşlarının, səhiyyə işçilərinin, qeyri hökmət təşkilatlarının nümayəndələrinin və Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının iştirakı ilə Nəsimi rayonunda gender zorakılığının qarşısının alınması ilə əlaqədar növbəti iclas keçirilib.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, rayon Polis İdarəsinin məsul əməkdaşı və Səhiyyə işçiləri çıxış edərək şakinlərin hüquqi maarifləndirilməsi, onların ailə-məişət qayğıları ilə maraqlanılması məqsədi daşıyan tədbirin əhəmiyyətini qeyd edib, ölkəmizdə cəmiyyətin həssas təbəqəsi olan qadınların hüquqlarının təmin olunması üzrə atılan mühüm addımlardan bəhs ediblər.

Vətəndaşlarla sual-cavab kontekstində keçirilən tədbirdə hər bir müraciət diqqətlə dinlənilib, qaldırılan məsələlər araşdırılması və həlli ilə bağlı aidiyyəti dövlət qurumuna yönləndirilib, onlara qadınların hüquqları, qanunvericiliyin tələbləri izah olunub.

Keçidlər