Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda daha bir abad həyət sakinlərin istifadəsinə verilib.

22 fevral 2022 | 16:00

Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Həyata keçirilən silsilə tədbirlər çərçivəsində həyətyani sahəsi 1 ha olan, 650 nəfər sakinin yaşadığı H.Seyidzadə küçəsi 17 və 21 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq və yenidənqurma işləri başa çatdırılaraq ilk çərşənbə günündə - Su çərşənbəsində həyət sakinlərin istifadəsinə verilib.

Həyət milli-mənəvi dəyərlərimizi özündə əks etdirən ornamentlərlə bəzədilmiş və tonqal qalanmışdır. Məhəllədəki uşaqlar tonqal ətrafında şənlənmişlər. Bayram süfrəsi arxasında səmimi söhbət edən məhəllə sakinləri bir-birilərini Su çərşənbəsi günü və həyətlərində aparılan abadlıq işlərinin başa çatması münasibətilə təbrik etmiş, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Hazırlanmış layihəyə uyğun olaraq H.Seyidzadə küçəsi 17 və 21 saylı binaların dam örtüyü əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb. H.Seyidzadə küçəsi 17 saylı binanın fasadı əsaslı təmir edilib, 4 ədəd giriş qapısı, pilləkən qəfəslərinin 16 ədəd pəncərəsi dəyişdirilib.

Görülmüş işlər çərçivəsində binaların əhatə etdiyi həyətə 1400 kv.m asfalt örtüyü, 1000 kv.m-dən artıq qazon, 500 kv.m-ə yaxın tamet daşı vurulub, 350 p.m. yeni bardürlər və kiçik tullantıların atılması üçün 2 ədəd yeni zibil qutusu qoyulub, 100 p.m. istinad divarı bərpa olunub.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binaların həyətinə söhbətgahlar və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəlləyə 100 ədəd müxtəlif növ həmişəyaşıl ağac, 200 ədəd dekorativ çiçəklər əkilib, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub.

Həyətdə işıqlandırma sistemləri yenidən qurulub.

Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.

Keçidlər