Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Bizim böyük Qələbəmiz” kitabının təqdimatı keçirilir.

23 fevral 2022 | 16:00

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən azyaşlı uşaqlar üçün Vətən müharibəsində qazanılan Zəfərə və müdrik sərkərdəyə həsr edilən “Bizim böyük Qələbəmiz” adlı kitab hazırlanaraq ictimaiyyətə təqdim edilib.

Yeni kitabın Bakı şəhərinin bütün rayonlarında təqdimatının keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinın tövsiyələrinə uyğun olaraq fevral ayının əvvəlidən paytaxt rayonlarında tədbirlər təşkil olunur.

Bu həftə ərzində təqdimat Nəsimi rayonunda Bakı Şəhər İcra Hakimiyyətinin, “Regional İnkişaf” İctimai Birliyinin, rayon icra hakimiyyətinin məsul əməkdaşlarının, rayonun təhsil ictimaiyyəti nümayəndələrinin, şəhid ailələri üzvləri və qazilərin, həmçinin orta məktəb şagirdlərinin iştirakı ilə keçirilib.

Tədbirlərdə çıxış edənlər bu kitabın ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəlik məharəti sayəsində qazanılan Qələbəmiz barədə uşaqlar üçün nəzərdə tutulan ilk nəşrlərdən biri olduğunu, onların ölkəmizin tarixini öyrənmələri, Vətənə məhəbbət və vətənpərvərlik ruhunda böyümələrində əhəmiyyətli rol oynayacağını bildiriblər.

Tədbirdə kitab və uşaq rəsmlərindən ibarət sərgilər, musiqi nömrələri, səhnəciklər, video görüntülər öz rəngarəngliyi ilə tədbiri daha da maraqlı edib.

Keçirilən tədbirin sonunda “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən şagirdlərə “Bizim böyük Qələbəmiz” kitabı paylanılıb.

 

 

Keçidlər