Şriftin ölçüsü :

Saytın rəngi :

Məişət zorakılığının qarşısının alınması ilə bağlı iclas keçirilmişdir.

15 yanvar 2021 | 16:00

İclası Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun sədri Gülarə Verdiyeva və monitorinq qrupunun üzvləri çıxış edərək bildirdilər ki, statistika və sorğular onu göstərir ki, dünyanın bir çox ölkələrində zorakılıq və xüsusən də gender əsaslı zorakılıqlar hələ də  davam etməkdədir. Məişət şəraitində qadın və uşaqlara qarşı zorakılıq ilk növbədə insan hüquqlarının təminatına təhlükə yaradır. Məişət zorakılığının qarşısının alınması insanların təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyət kəsb edir. Qadın və uşaqlara qarşı məişət zorakılığı, xüsusilə də bu hüquq pozuntusunun cinayət xarakterli tərəfləri tək qadınların problemi olmamalıdır. Azərbaycanda qadınların əksəriyyətinin öz hüquqlarını bilməməsi və dövlətin verdiyi imkanlardan yararlanmağı bacarmaması məişət zorakılığına və qadın hüquqlarının pozulmasına səbəb olur. Zorakılığın qarşısının alınması qadınlara öz bacarıqlarından istifadə etmələri üçün geniş imkanların yaradılmasını, əhalinin maarifləndirilməsi sahəsində aktiv fəaliyyətin həyata keçirilməsini tələb edən prosesdir.

Bu baxımdan hər birimizin üzərinə düşən vəzifə ondan ibarət olmalıdır ki, yerlərdə vətəndaşlarla bu sahədə söhbətlər aparmalı və zərərçəkmiş insanlara dəstək olmalıyıq. Bu mövzuda təkliflər işlənib hazırlanmalı eyni zamanda müzakirə edərək təkliflər işlənib hazırlanmalıdır.

İdarə müəssisələrdə, ali təhsil müəssisələrində, məktəblərdə, səhiyyə müəssisələrində bu barədə maarifləndirmə işləri aparılması təklifi iştirakçılar tərəfindən söylənildi.

 

Keçidlər