Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan və olmaq istəyən şəhid ailələri və Vətən müharibəsi əlilləri ilə görüş keçirilib.

24 fevral 2022 | 16:00

Nəsimi royon İcra Hakimiyyətində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan və olmaq istəyən  şəhid ailələri və Vətən müharibəsi əlilləri ilə görüş keçirilib.      

Görüşdə  İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul əməkdaşı Elgün Əlizadə, Sahibkarlığın İnkişaf Agentliyinin məsul əməkdaşı Qəzənfər Səfərxanlı, Aqrar Kredit və İnkişaf Agentliyinin məsul əməkdaşı Mehman Yunusov, Dövlət Məşğulluq Mərkəzinin əməkdaşı Səməd Səmədzadə, şəhid ailələri  və Vətən müharibəsi əlilləri iştirak edib.

Keçirilmiş görüşdə  sahibkarlıqla məşğul olmaq istəyən şəhid ailələri və Vətən müharibəsi əlilləri biznesə başlamaq və inkişaf etdirmək üçün lazım olan dəstək tədbirləri müzakirə olunub, təklifləri dinlənilib, onların sahibkarlıq fəaliyyəti və dövlət dəstəyi mexanizmləri barədə sualları cavablandırılıb. 

Keçidlər