Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş 5 nömrəli Uşaq-gənclər İnkişaf Mərkəzində və 46 saylı tam orta məktəbdə tədbir keçirilib.

25 fevral 2022 | 16:00

Tədbirdə Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, 5 nömrəli Uşaq-gənclər İnkişaf Mərkəzinin direktoru Könül Mustafayeva, "Xocalı Soyqrımını tanıtma" ictimai birliyinin​ sədri Şamil Sabiroğlu, 1-ci Qarabağ müharibəsinin qazisi, Qaydasız döyüş üzrə Avropa çempionu Azad Məmmədov və məktəblilər iştirak ediblər. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Xocalı faciəsinin dəhşətlərindən söz açaraq qeyd etmişlər ki, bu soyqırım bəşəriyyətə qarşı törədilmiş ən ağır və dəhşətli​ cinayətdir. Bu faciənin geniş ictimaiyyətə çatdırılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədilə işlərə başlanılıb. Bu işlərin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarlarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsl iç üzü göstərilir. Daha sonra 5 nömrəli Uşaq-gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında "Xocalı - bəşəriyyətə qarşı tarixi cinayət" adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

Tədbirin sonunda Nəsimi rayon məktəbliləri arasında keçirilmiş Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Xocalı soyqırımını unutma" adlı inşa yazı və onlayn rəsm müsabiqələrinin qalibləri müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə təltif olunublar. Kompozisiyanın iştirakçılarına isə fəxri fərmanlar təqdim edilib.

Eyni zamanda 46 saylı tam orta məktəbdə də,  Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş Nəsimi rayon məktəbliləri arasında "Mahir nişançı" adlı güllə atıcılığı və “Stritbol” turniri keçirilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Xocalı faciəsinin dəhşətlərindən söz açmış, gənclərin hərbi vətənpərvərlik ruhunda böyüməsində belə yarışların əhəmiyyəti qeyd olunub.

Daha sonra yarışlara  start verilib. "Mahir nişançı" güllə atıcılığı turnirinin nəticələrinə görə  247 saylı tam orta məktəbin komandası I, 8 saylı tam orta məktəbin komandası II, 5 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüb. “Stritbol”  idman növü turnirinin nəticələrinə görə  isə 164 saylı tam orta məktəbin komandası I, 46 saylı tam orta məktəbin komandası II, 211 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüblər. Qaliblər müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Keçidlər