Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Nəsimi rayonunda ali və orta ümumtəhsil müəssisələrdə tədbirlər keçirilib.
Xocalı faciəsinin otuzuncu ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət müəssisələrində, orta və ali məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilir.
Faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər təşkil keçirilib.
Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtı ilə mənfur qonşularımız və onların havadarları tərəfindən törədilər fəlakətlərin faktlarla gənclərə çatdırılması məqsədilə Azərbaycan Universitetində və rayonun ümümtəhsil müəssisələrində Xocalı faciəsinin otuzuncu ildönümü ilə əlaqədar ədəbi-bədii kompozisiyalar nümayiş edilib və kompozisiya iştirakçıları fəxri fərmanlarla təltif olunublar.