Nəsimi rayonunda gənclərin dünyagörüşünün genişləndirilməsi və onlarda vətənə məhəbbət vətənpərvərlik hisslərinin artırılmasına xidmət edən görüşlər keçrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İ.Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq tarixi qələbə qazanan və yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurları, əldə olunmuş nailiyyətlər, habelə bu siyasətin prioritet istiqamətləri barədə hər bir vətəndaşımızın məlumatlandırılmasının müstəsna əhəmiyyətini nəzərə alaraq, yerlərdə aparılan ideoloji maarifləndirmə işini daha da gücləndirmək məqsədi ilə görüşlər təşkil olunmuşdur. Görüşə rayonun tanınmış ziyalıları, alimləri, politoloqları, ağsaqqalları, qaziləri və digər nüfuzlu şəxslərdən ibarət təbliğat qrupunun nümayəndələrinin iştirakı ilə görüşlər təşkil olunmuşdur.
Keçirilən görüşlərdə aparılan təbliğat işləri ünvanlı, hədəf qruplarını düşündürən məsələlərə uyğun olaraq, əhalinin, xüsusi də gənclərin dünyagörüşünün genişləndirilməsinə, onlarda vətənə məhəbbət, vətənpərvərlik hisslərinin artırılmasına xidmət etmişdir. Maarifləndirmə çərçivəsində həyata keçirilən tədbirlərin təhlili və nəticənin bu sahədə fəaliyyətin daha da genişləndirməsi ilə bağlı istiqamətlərin müəyyənləşdirilməsində bir sıra tədbirlər davam etdiriləcək.