Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami küçəsi 121 saylı binada aparılan təmir-bərpa işləri davam etdirilir.

01 mart 2022 | 16:00

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində Nizami küçəsi 121 saylı binaların həyətində başlanılmış quruculuq və yenidənqurma işləri davam etdirilir.

Hazırda binaların  həyətinə 1000 kv.m asfalt örtüyü vurulub, 100 p.m istinad divarları və tamet daşları təmir olunub,  sakinlərin asudə vaxtlarının səmərəli keçirmələri üçün söhbətgah, 4 ədəd oturacaq, 2 ədəd zibil qutusu qoyulub, Təhlukəli aqaclar aqrotexniki qaydada budanıb, həyətdə uşaq oyun elementləri quraşdırılıb.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

 

Keçidlər