Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirmşdir
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Sakinlərdən Kərimov İbrahim, Hüseynova Gülnarə, Rüstəmova Təranə, Abdullayeva Leyla, İsgəndərov İmran, Qurbanova Günay, Hüseynov Azər və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən su xəttinin təmiri ilə bağlı qazıntı aparılmış sahələrin bərpası, qəzalı ağacın götürülməsi, avtoyuma məntəqəsinin narahatlıq doğuran fəaliyyəti, patronaj təyin olunmasının sənədləşdirilməsi, yaşadıqları binanın istismar müddəti keçdiyindən yaşayış üçün əlverişsiz olduğunu nəzərə alaraq yeni layihələrə salınması, ayrı-ayrı ünvanlarda həyətin abadlaşdırılması barədə müraciətlər etdilər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Nəsimi rayonu ərazisində həyata keçirilən işlər barədə sakinlərə məlumat vermişdir.
Müraciətlərdə sakinlər istəkləri ilə bərabər, ölkəmizin, paytaxtımızın gündən-günə gözəlləşməsi, aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.