Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Kazımov Vüsal Vüqar oğlu İkinci Şəhidlər Xiyabanında dəfn olundu.
Şuşa istiqamətində hərbi maşının aşması nəticəsində həlak olan Əsgər Kazımov Vüsal Vüqar oğlunun ailə üzvlərinin, Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyinin, Müdafiə Nazirliyi nümayəndələrinin və Nəsimi rayon ictimaiyyətinin iştirakı ilə vida mərasimi keçirildi.
Əsgər Kazımov Vüsal Vüqar oğlu Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat-texnologiya fakültəsinin məzunu olub.
03.02.2022 –ci il tarixdə Şuşa istiqamətində hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunmuşdu. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Kazımov Vüsal Vüqar oğlu İkinci Şəhidlər Xiyabanında dəfn olundu.
Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.