A.Məhərrəmov 45, 47 və Moskva prospekti 90, 92 saylı binaları əhatə edən həyətlərdə abadlıq işləri aparılır.
Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində A.Məhərrəmov 45, 47 və Moskva prospekti 90, 92 saylı binaların həyətində başlanılmış quruculuq və yenidənqurma işləri davam etdirilir.
A.Məhərrəmov 45, 47 və Moskva prospekti 90, 92 saylı binaların əhatəsindəki həyətlərdə kök üstə qurumuş və təhlukəli vəziyyətdə olan aqacların aqrotexniki qaydada budanılması və doğranılması işləri aparılıb.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.