Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirmişdir.

10 mart 2022 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov   2  nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Sakinlərdən Mehdiyev Asif,  Cənnətov Elmir,  Quliyeva İncibəyim,  Şahbazov Rəyasət, İsmayılova Solmaz, Hüseynov Novruz, Şamoyeva Arzu və digərləri bir sıra məsələlərlə  bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, dam örtüyünün təmiri, qəzalı ağacın götürülməsi, aztəminatlı ailəyə yardım göstərilməsi, patronaj təyin olunmasının sənədləşdirilməsi, yaşadıqları binanın istismar müddəti keçdiyindən yaşayış üçün əlverişsiz olduğunu nəzərə alaraq yeni layihələrə salınması   barədə müraciətlər etdilər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Nəsimi rayonu ərazisində həyata keçirilən işlər barədə  sakinlərə məlumat vermişdir.

Keçidlər