Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsinə həsr olunmuş tədbir keçirilib.

10 sentyabr 2021 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətində İcra Hakimiyyətinin məsul əməkdaşlarının, rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Məşğulluğa kömək göstərən Əlaqələndirmə komitəsi”nin üzvlərinin, İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”sının və “Qəyyumluq və himayəçilik komissiya”sının üzvlərinin, 5 saylı Ərazi Məşğulluq filialının müdirinin, rayon Polis İdarəsinin məsul əməkdaşlarının və rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisə rəhbərlərinin iştirakı ilə insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 22 iyul 2020-ci il tarixli 2173 nömrəli Sərəncamının icrası ilə əlaqədar bir sıra işlərin görülməsinə baxmayaraq bu istiqamətdə həyata keçirilən işlərin davam etdirilməsinə ciddi ehtiyac var. “Məşğulluğa kömək göstərən Əlaqələndirmə komitəsi”nin məlumatına görə tapşırığın icrası ilə əlaqədar rayonda fəaliyyət göstərən özəl müəssisələr ilə əlaqələr qurulmuş, bir sıra müəssisələr, o cümlədən “Bakı Tikiş Evi” ATSC-nin işi digər müəssisələrə örnəkdir.

Tədbirdə rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti ilə məşğul olan digər müəssisələrin də bu tədbirə qoşulması məqsədəuyğun hesab edilmişdir.

Tədbirin sonunda insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsinə köməklik etmiş sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisələrin rəhbərlərinə minnətdarlıq edilmiş və tədbirdən sonra “Bakı Tikiş Evi” ATSC-də yaradılmış iş şəraiti ilə tanış olunmuşdur.

Keçidlər