Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Sevil Qazıyeva adına parkda cari təmir işlərinə başlanılıb.

15 mart 2022 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin tapşırıqlarına əsasən Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, küçə və səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.

Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklarda əsaslı və cari təmir işləri aparılır, yeni parklar və yaşıllıq zolaqları salınır, binaların həyətlərinə  yeni skamyalar, söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır.

Layihəyə uyğun olaraq, Nəsimi rayonunda Sevil Qazıyeva adına parkda cari təmir işlərinin aparılmasına başlanılıb.Parkda istinad divarlarının aqlay üzlükləri təmir olunur, tamet daşları və oturacaqlar bərpa edilir, mövcud ağaclar budanılır, parkdakı fəvvarənin işlək vəziyyətə gətirilməsi üçün  təmir işləri görülür,  ümumi təmizlik işləri və səliqə-səhman yaradılır

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

Keçidlər