Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirmişdir.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləmişdir. Nizami, A.Qurbanov, C.Məmmədquluzadə, B.Məcidov küçələri, Azadlıq prospekti əhatəsində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.
Sakinlərdən Quliyev Vilayət, Orucov Samir, Muradova Durna, Bağırov Ramin və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən yaşadıqları evlərin istismar müddətinin keçməsini nəzərə alaraq yeni layihə çərçivəsində məhəllənin yenidənqurulması, mənzil şəraitininin yaxşılaşdırılmasına köməklik göstərilməsi, həyətin abadlaşdırılması, maddi yardım göstərilməsi, asfalt örtüyünün təmiri barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.
Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Sakinlərdən Yusifova Şahnigar və digərləri Ölkə başçısının əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarların həyata keçirilməsi istiqamətində görülən işləri xüsusi vurğulayaraq dərin minnətdarlıqlarını bildirmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.