Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Novruz bayramı qeyd edilir.

18 mart 2022 | 16:00

Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti Nəsimi  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə rayon sakinləri, Vətən Müharibəsi veteranları, əlliləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, «Qızıl Aypara», Korlar, Əlillər, Çernobıl və 20 Yanvar əlilləri cəmiyyətlərinin, Azərbaycandakı Rus İcmasının və «Sodrujestvo» cəmiyyətlərinin ictimaiyyət nümayəndələri və üzvləri, rayonun aztəminatlı sakinləri iştirak edirdilər.

Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  tədbir iştirakçılarını   təbrik edərək qeyd etdi ki, Novruz xalq bayramıdır. Yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Novruz həyatın yenilənməsi, dirçəlişinin rəmzidir. Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edir. Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ciddi işlər görülmüşdür. Qeyd olundu  ki,  öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğinə böyük önəm verən, neçə-neçə tarixi-mədəniyyət abidələrinin yenidən qurulmasına, muğam musiqi müsabiqələrinin, beynəlxalq festivalların keçirilməsinə, xarici ölkələrdə müxtəlif sərgilərin təşkilinə, bir çox digər irimiqyaslı layihələrin reallaşmasına nail olan Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış, BMT Baş Məclisi tərəfindən "Beynəlxalq Novruz Günü" barədə qətnamə qəbul edilmişdir.

Tədbirdə qeyd olundu ki, Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı  mənfur düşməndən azad etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız  bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir.

Sonda tədbirdə iştirak edən  vətəndaşların müraciətləri dinəlindi.

Eyni zamanda bayram münasibətilə rayon ərazisində yaşayan 2000-ə yaxın ailəyə bayram sovqatları paylanılıb.

Keçidlər