Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşhid Behbudov adına Dövlət Mahnı Teatrında Novruz bayramına həsr olunmuş şənlik keçirildi.

19 mart 2022 | 16:00

Tədbirdə II Qarabağ müharibəsi şəhid və qazilərin övladları, Nəsimi Rayon İcra Hakimiyyətinin I müavini Gülarə Verdiyeva, Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin baş məsləhətçisi Maral Salmanova və Nəsimi Rayon İcra Hakimiyyəti Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev iştirak ediblər.

Bayram şənliyində “Sehirli Novruz”  tamaşası təqdim olunub. Tamaşada Mərkəzin “Məktəb teatrı” dərnəyinin gənc aktyorları Novruz bayramının əsas personajları olan  kosa, keçəl, Bahar qızı, şəkərbura, paxlava, qoğal və eyni zamanda sevimli nağıl qəhrəmanlarını canlandırıldı.

Mərkəzin “Uşaq xalq rəqsləri” dərnək üzvlərinin nümayiş etdirdikləri rəngarəng geyimlərdə ölkəmizdə yaşayan az saylı xalqların, etnik qrupların rəqsləri gələn qonaqların böyük marağına səbəb olub və onlarda xoş əhval-ruhiyyə yaradıb.

 

Keçidlər