5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Novruz bayramına həsr olunmuş “Sevinir ellər” adlı tədbir keçirildi.
5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Sevinir ellər”, “Yurdumuza bahar gəlir”adlı tədbir keçirildi. Tədbirdə çıxış edən dərnək üzvləri bu il Azərbaycanda keçirilən Novruz şənliklərini xüsusi sevinc ilə keçirildiyini qeyd olundu. Tədbirdə həmçinin qeyd olundu ki, Şuşada yandırılan bayram tonqalının sevinci 30 ildən sonra azad olunmuş torpaqlarımızda keçirilən Novruz bayramı xalqımıza ən böyük sevinc bəxş edib.
Tədbirdə Mərkəzin Ədəbi diyarşünaslıq, Uşaq xalq rəqsləri, xalq çalğı alətləri, bədii qiraət dərnəklərinin üzvləri iştirak etdirdi. Tədbirin sonunda Mərkəzin direktoru Könül Mustafayeva çıxış edərək, dərnək üzvlərinə xalqımızın milli bayramı olan Novruz bayramının adətlərinin yaşadılmasında bu adət-ənələrin gələcək nəsillərə ötürülməsində, belə tədbirlərin keçirilməsinin vacibliyindən danışdı.