Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Novruz bayramı qeyd edildi.

20 mart 2022 | 16:00

19 mart 2022-ci il tarixdə Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə bayram şənliyi keçirilib.
Bayram tədbirində Nəsimi  Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, rayon ziyalıları, rayon gəncləri, müharibə veteranları və ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

 Novruz xalq bayramıdır. Yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Novruz həyatın yenilənməsi, dirçəlişinin rəmzidir. Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edir. Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ciddi işlər görülmüşdür.

Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış, BMT Baş Məclisi tərəfindən "Beynəlxalq Novruz Günü" barədə qətnamə qəbul edilmişdir.

Sevindirici haldır ki, yandırılan bayram tonqalının sevinci 30 ildən sonra azad olunmuş torpaqlarımızda keçirilən Novruz bayramı xalqımıza ən böyük sevinc bəxş edib.

Bayram şənliyində tanınmış incəsənət ustaları çıxış etdilər,rayonun mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirdilər. Kosa, Keçəl tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılandı. Tədbirin sonunda atəşfəşanlıq oldu. Novruz bayramını  Nəsimi sakinləri böyük sevinc və fərəhlə qeyd etdilər.

Keçidlər