Şriftin ölçüsü :

Saytın rəngi :

Yurdumuza bahar gəldi.

21 mart 2022 | 16:00

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur. Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir. Xalqımızın ən sevimli bayramlarından olan Novruz bayramının tarixi çox qədimdir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə, kainat 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.

Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Bununla əlaqədar başda Şəhid və qazi ailələri olmaqla xalqımızı Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, sağlıq, xoşbəxtlik və uğur dolu günlər arzulayırıq.

Bayramınız mübarək!

 

Keçidlər