Nəsimi rayonunda abad həyət layihəsi çərçivəsində işlər davam etdirilir
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Moskva prospekti 90, 92 saylı ümumi yaşayış binaların fasadlarında, , blokların qapı, pəncərələrində bərpa və rəngləmə işlərinə başlanılıb, binaların həyətlərində iri gövdəli ağacların aqrotexnik qaydada budanması, istismar müddəti başa çatmış magistral qaz borularını köçürülməsi işlərinin aparılması da nəzərdə tutulub.
Eyni zamanda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgahları, oturacaqların, müxtəlif növ uşaq oyun elementlərinin və idman qurğularının quraşdırılması nəzərdə tutulub.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.