Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Vətən müharibəsi Məmmədov Vuqar Elxan oğlunun doğum günü qeyd olunub.

28 mart 2022 | 16:00

Vətən müharibəsi Şəhidi Məmmədov Vuqar Elxan oğlunun doğum günü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb. 

Respublikamızın hər bir yerində olduğu kimi, Bakı şəhərinin Nəsimi rayonunda da Şəhid ailələrinə və Vətən Müharibəsi iştirakçılarına daim diqqət və qayğı göstərilir.

Eyni zamanda Nəsimi rayon icra hakimiyyətinin rəhbərliyi və məsul əməktaşları Vətən müharibəsi şəhidi  Məmmədov Vuqar Elxan oğlunun ailəsinin dəvəti ilə ziyarət olundu.

Səmimi söhbət zamanı ailəni narahat edən məsələlər müzakirə olunub, qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar aidiyyəti şəxslərə RİH başçısı tərəfindən müvafiq tövsiyyələr verilib.

Qeyd edək ki, ailənin istəyi nəzəra alınaraq yaşadıqları mənzildə əsaslı təmir işləri aparılıb, binanın fasad hissəsinə şəhid Məmmədov Vuqar Elxan oğlunun xatirə barelyefi vurulub və ailəyə RİH tərəfindən mütəmadi olaraq yardımlar olunub.

Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər