Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə seminar keçirildi.

30 mart 2022 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP  Nəsimi Rayon Təşkilatının akt zalında “Ulu Öndər Heydər Əliyevin irsi və gənclər”, “İlham Əliyevin çox şaxəli siyasəti və müasir Azərbaycan”  “Azərbaycan Respublikası Birinci-vitse prezidenti Mehriban Əliyevanın qazi və şəhid ailələrinə qayğısı” mövzularında növbəti seminar keçirildi. 

Seminarda Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, Milli Məclisin deputatları - Məlahət İbrahimqızı və Ziyad Səmədzadə, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və rayonun gəncləri  iştirak etdilər.

Öncə qonaqlar Heydər Əliyevin büstünü ziyarət ediblər. Seminar ulu öndərin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

“Ulu Öndər Heydər Əliyevin irsi və gənclər” mövzusunda çıxış edən  Nəsimi rayon icra hakimiyyətinin başçısının birinci müavini çıxış edərək  dahi şəxsiyyət Heydər Əliyevin   dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, Azərbaycanın sosial-iqtisadi inkişafında, eləcə də hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərini qeyd edib.  O, vurğulayıb ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin mükəmməl ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Çıxış edənlər - Azərbaycan Respublikasının prezidenti  İlham Əliyev cənablarının apardığı mütərəqqi siyasət barədə “Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının prezidenti olmaq onun həyat fəlsəfəsidir.” Azərbaycan Respublikasının Birinci-vitse prezidenti xanım Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqətini bütün dünya görür və yüksək qiymətləndirildiyini  qeyd etdilər.  

Sonda çıxış edən  Qarabağ müharibəsi qazisi Azər Quliyev dövlət tərəfindən Qarabağ veteranlarına, əlillərinə və şəhid ailələrinə  göstərilən diqqət və qayğıdan danışdı.

Seminarda çıxış edən Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Elşən Hüseynli və tələbə Sevinc Hacızadə seminarla bağlı çıxışların gənc nəslə xoş təsir bağışladığını və gələcəkdə də belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd etdilər.

Keçidlər