Şriftin ölçüsü :

Saytın rəngi :

"Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış qaydalarının aşılanmasında yerli icra hakimiyyətləri və özünüidarəetmə orqanlarının rolu" mövzusunda rayon müşavirəsi

09 noyabr 2013 | 16:00

08.11.2013-cü il tarixdə  Nəsimi rayonu İcra Hakimiyyətində "Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış qaydalarının aşılanmasında yerli icra hakimiyyətləri və özünüidarəetmə orqanlarının rolu" mövzusunda rayon müşavirəsi keçirilmişdir. Müşavirədə giriş sözü ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ağa-Əli Əhmədov keçirilən müşavirənin əhalinin maarifləndirilməsində böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Natiq çıxışı zamanı qış mövsümünün yaxınlaşması ilə əlaqədar bu məsələnin daha da aktual xarakter daşımasından danışmışdır. 

Sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini, t/x polkovniki Cəfər Məmmədov çıxış etmişdir. O, da çıxışında yanğın hadisələri zamanı FHN-nin fəaliyyət istiqmətləri və əhaliyə dərhal yardım göstərilməsi məsələlərinə toxunmuşdur.

Daha sonra "Yanğının baş vermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları" haqqında FHN-nin Bakı Regional Mərkəzinin İstismarda olan binaların təhlükəsizliyinin Monitorinqi şöbəsinin rəisi, mayor Elgün Ələkbərov çıxış etmişdir. 

Müşavirə digər natiqlərin çıxışları ilə davam etmişdir. Onlar da yanğınların profilaktikası və yanğın hadisələri zamanı əhalinin maarifləndirlməsi mövzusuna toxunmuş, rayon ərazisində yanğın mühafizəsi problemləri həlli yollarına dair fikirlər səsləndirmişlər. 

Müşavirə zamanı Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış qaydalarının aşılanması mövzusunda video material izlənilmişdir.

Keçidlər