Nəsimi rayonu A.Məhərrəmov 45, 47 və Moskva prospekti 90, 92 saylı binalarda quruculuq və yenidənqurma işlərinə başlanılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq A.Məhərrəmov küçəsi 45, 47 və Moskva prospekti 90, 92 saylı binaların əhatəsindəki həyətlərdə kök üstə qurumuş və təhlukəli vəziyyətdə olan ağacların aqrotexniki qaydada budanılması və ərazidən çıxarılması işləri görülür, ümumi yaşayış binalarının fasadlarında bərpa və rəngləmə işləri görülür, həyətlərə yeni bardürlər və tamet daşları vurulur, dam örtükləri əsaslı təmir olunur, blokların qapı və pəncərələri yeniləniləri ilə əvəz olunur, yağış suları axıdan boru və navalçalar dəyişdirilir.
Eyni zamanda istismar müddəti başa çatmış iri diametrli magistral qaz borularının yerləri dəyişdirilərək təhlükəsiz yerlərə köçürülməsi işləri aparılır və binaların həyətlərində özbaşına hasara alınmış sahələrin çəpərləri sökülərək ərazilər əhalinin ümumi istifadəsinə qaytarılır.
A.Məhərrəmov küçəsi 45, 47 və Moskva prospekti 90, 92 saylı ümumi yaşayış binalarında sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif növ uşaq oyun elementlərinin və idman qurğularının quraşdırılması, söhbətgahların, oturacaqların quraşdırılması, avtomobillərin parklanması üçün xüsusi yerlərin ayrılması nəzərdə tutulub.
RİH başçısı qeyd olunan ünvanda olaraq işlərin operativ və keyfiyyətlə başa çatdırılması üçün aidiyyatı şəxslərə müvafiq tövsiyyələr verib.