Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində mərkəzi küçə, prospektlərdə və parklarda cari təmir işləri aparılır.

01 aprel 2022 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin tapşırıqlarına əsasən Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, küçə və səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.

Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklarda əsaslı və cari təmir işləri aparılır

Bununla əlaqədar rayon ərazisində yerləşən Vaqif prospekti boyu parkda və Muğan bağında yerləşən istismara yararsız vəziyyətdə olan oturacaqlar yenisi ilə əvəz olunub, yol kənarı və parklarda mövcud gecə işıq dirəklərinin boyanması və təmir işləri görülüb.

Eyni zamanda Səməd Vurğun bağında da oturacaqlar və işıq dirəkləri cari təmir olunub, rayon ərazisinin  mərkəzi küçə, prospetlərində əvvəlcədən nəzərdə tutulmuş yerlərə 150 ədəd kiçik tullantı qabları quraşdırılıb.

Keçidlər