Nəsimi rayonunda növbəti ağacəkmə kampaniyası keçirilmişdir
Nəsimi rayonunda son illər mütəmadi olaraq genişmiqyaslı yaşıllaşdırma və abadlıq işləri həyata keçirilir. Getdikcə vüsət alan bu işlər sayəsində paytaxtımızın bu ərazisi ən abad və yaşıllıqlarla zəngin rayona çevrilmişdir.
Dünən Nəsimi rayonunda növbəti ağacəkmə kampaniyası keçirilmişdir. Rayonun Vaqif prospektində, S.Vurğun, A.Bakıxanov, Ə.Qasımov və H.Ələsgərov küçələrində 500-dən çox həmişəyaşıl ağac, o cümlədən Xan çinarı, dekorativ ağaclar əkilmişdir.
Həmin gün rayonun müxtəlif yerlərində keçirilmiş iməciliklərdə mövcud yaşıllıqlara qulluq edilmiş, abadlıq və təmizlik işləri görülmüşdür. Bu işlərdə rayondakı idarə, müssisə, təşkilatların nümayəndələri, gənclər fəallıq nümayiş etdirmişlər.
Tədbirlərdə Milli Məclisin deputatı Asim Mollazadə iştirak etmişdir.