27 sentyabr Anım günündə Nəsimi rayon Şəhidləri ziyarət olundu.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayının 27-də başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağımızın azadlığıyla nəticələndi.
44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi.
Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağımıza qayıtdıq.
27 sentyabr Anım günündə Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, Nəsimi rayon təşkilatlarının nümayəndələri, Şəhidlərin ailələri, müharibə iştirakçıları Digah və Hökməli qəsəbəsində dəfn olunmuş Nəsimi rayon Şəhidlərini ziyarət edərək, məzarları üzərinə gül dəstələri düzüblər.