27 sentyabr- Anım günündə Nəsimi rayon Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsi ehtiramla yad olundu.
Bu gün 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsi ehtiramla anılır.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağımıza qayıtdıq.
Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları 27 sentyabr anım günündə Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına canını qurban vermiş Nəsimi rayon Şəhidlərinin əziz xatirəsini yad etdilər, məzarları üzərinə gül-çiçək dəstələri düzdülər.