Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Yeni il bayramı ilə əlaqədar satış yarmarkaları təşkil olunub.

29 dekabr 2013 | 16:00

Bayram ərəfəsində Nəsimi rayonunun müxtəlif yerlərində satış yarmarkaları keçirilir.

Yeni il bayramının yaxınlaşması ilə əlaqədar əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Nəsimi rayon İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları ərzaq məhsullarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla birgə Nəsimi rayonunun müxtəlif yerlərində satış yarmarkaları təşkil edilir.

Bu il Nəsimi rayonunda aşağıdakı ünvanlarda satış yarmarkaları təşkil olunub:

S.Vurğun küçəsi 73 ünvanda yerləşən “Təzə Bazar” MMC-nin ərazisi;

3-cü mkr., A.Mustafayev küçəsi 3014-cü məhəllə, “Kəndli yarmarkası”.

Bundan başqa Bakı şəhərinin müxtəlif ərazilərində də oxşar yarmarkalar təşkil olunmuşdur:

Binəqədi rayonu:

- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə liseyinin həyəti;

Xətai rayonu:

- "Bakı" kinoteatrının yanı;

Nərimanov rayonu:

- Əliyar Əliyev küçəsi,26, "Bakı Taxıl" ASC-nin ərazisi;

Səbail rayonu:

- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;

Suraxanı rayonu:

- Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küç.,2;

- Yeni Günəşli qəsəbəsi, "Günəş" Ticarət Mərkəzinin yanı;

Yasamal rayonu:

- Şərifzadə küçəsi,131, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yanı.

Keçidlər