28 May küçəsi 20 saylı ünvanda tarixi binanın fasadında təmir-bərpa işləri davam edir.
Bakının bugünkü görkəmi özünəməxsus relyefi ilə nadir memarlıq incilərinin harmonik vəhdətini əks etdirir. Bakı şəhərindəki tarixi-memarlıq abidələrin, bnaların, milli-mədəni sərvət kimi qorunub saxlanılması, yetişməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında onların rolunu gücləndirmək və ölkəmizə gələn çoxsaylı qonaqlar arasında lazımi səviyyədə təbliğini təmin etmək məqsədi ilə bir çox işlər görülür.
Nəsimi rayonu ərazisində yerləşən tarixi-memarlıq abidələrin, binaların təmiri, xarici görünüşünün bərpası, abadlaşdırılması və xüsusi işıqlandırılması ümumiyyətlə, diqqət mərkəzindədir.
Bununla əlaqədar Nəsimi rayon 28 May küçəsi 20 saylı ünvanda tarixi binanın fasadında ümumi prinsiplərə riayət olunmaq şərti ilə yararsız vəziyyətə düşmüş bəzək elementlərində restavrasiya və təmir-bərpa işləri aparılır.
Qeyd edək ki RİH başçısı və nümayəndələri qeyd olunan ünvanda olaraq, aparılan işlərlərin vəziyyəti ilə tanış olmuşdur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.