Şriftin ölçüsü :

Saytın rəngi :

“28 May” metro stansiyası və Dəmiryol vaqzalının ətrafında abadlıq işləri davam edir.

05 sentyabr 2024 | 10:05

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmir-bərpa işləri aparılmaqdadır.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsi və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar mərkəzi küçə və prospektlərdə  təmizlik, abadlıq işlərinin və şəhərin ümümi görünüşünə xələl gətirən binaların, ticarət obyektlərinin fasadlarının təmir-bərpası işləri  daha da intensiv şəkildə davam etdirilir.

Rayon ərazisində yerləşən “28 May” metro stansiyası və Dəmiryol vaqzalının ətrafında abadlıq işləri davam edir. Hal-hazırda yeraltı kommunikasiya xətləri dəyişdirilir, yeni yaşıllıq və istirahət güşələri yaradılır.

Müxtəlif ünvanlarda aparılan təmir-bərpa işlərinin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılır.

Keçidlər