Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 2 saylı Sahə İnzibati Ərazi Dairəsinin hesabat yığıncağı

29 yanvar 2014 | 16:00

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2013-cü ildə fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilmişdir.

Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq bildirmişdir ki, son on ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə aparılan genişmiqyaslı islahatlar Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətləri sırasına çıxarmış, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə səbəb olmuşdur. Cənab Prezidentin dəfələrlə vurğuladığı kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində bir amil-insan amili dayanır və aparılan bütün işlər yalnız Azərbaycan vətəndaşlarının rifahına xidmət edir.

Ölkəmizdə idarəetmə sahəsində aparılan islahatlar bu istiqamətdə operativliyin yüksəldilməsi, problemlərin həlli proseslərinin daha da təkmilləşdirilməsi, vətəndaş-hakimiyyət əlaqələrinin intensivləşdirilməsi, əhalinin müraciətləri ilə bağlı işin daha səmərəli həyata keçirilməsi məqsədini daşıyır. Məhz bu səbəbdən 2012-ci ilin sonunda ölkəmizdə 36 Sahə İnzibati Ərazi Dairəsi təsis edilmişdir. Nəsimi rayonunda da rayon icra hakimiyyəti başçısının 1, 2 və 3 nömrəli sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri yaradılmışdır.

Sonra Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Teyyub Vəliyevin məruzəsi dinlənildi. Bildirildi ki, 2 nömrəli nümayəndəlik 85 mindən çox əhalinin yaşadığı 4,77 kvadratkilometr ərazini əhatə edir. Nümayəndəlik yaradıldıqdan sonra ilk vəzifələrdən biri ev təsərrüfatları haqqında məlumatların toplanaraq təsərrüfat kitablarına salınması olmuşdur. Artıq həmin işlər başa çatmışdır və hazırda məlumatların dəqiqləşdirilməsi prosesi aparılır.

İl ərzində nümayəndəlik əraziyə xidmət göstərən 13, 14, 16, 52 və 59 saylı mənzil-kommunal istismar sahələrinin fəaliyyətlərinin koordinasiyası istiqamətində fəaliyyət göstərmişdir. Ərazinin sanitar vəziyyəti daim nəzarətdə saxlanılmış, qanunsuz tikintilərin qarşısının alınması yönündə tədbirlər görülmüş və nəticələr barədə rayon icra hakimiyyətinə mütəmadi olaraq məlumatlar verilmişdir.

İl ərzində Azadlıq və Vaqif prospektlərində, S.Vurğun, S.Rüstəm küçələri də daxil olmaqla, ümumilikdə on bir ünvanda məhəllədaxili yol və həyətlərə 28850 kvadratmetr asfalt örtüyü vurulmuşdur. Ərazidə, ümumilikdə 4220 kvadratmetr dam örtüyü təmir olunmuş, C.Hacıbəyli küçəsinin N.Yusifbəyli və S.Əsgərova küçələrinə qədər olan hissəsində magistral su xətləri dəyişdirilmiş, dörd küçədə 331 paqonometr su xətləri təmir edilmişdir. Hazırda beş ünvanda binaların fasadlarına alqay daş vurulur, dam örtükləri təmir edilir, mansard quraşdırılır. A.Bakıxanov küçəsi 50 ünvanında isə bu işlər artıq başa çatdırılmışdır.

İl ərzində nümayəndəlik ərazisində yerləşən altı parkda mütəmadi olaraq iməciliklər keçirilmiş, burada təmizlik və abadlıq işləri aparılmış, ağac və dekorativ gül kolları əkilmiş, A.Bakıxanov küçəsində 3500 kvadratmetr sahə yaşıllaşdırılmışdır.

Ərazidə altı- 28,35, 42, 151, 152 və 164 saylı orta ümumtəhsil məktəbləri fəaliyyət göstərir. Ötən il bu məktəbləri 310 nəfər bitirmiş, onlardan 183-ü ali məktəblərə qəbul olunmuşdur. 2013-cü ildə 151 saylı məktəbdə akt və idman zallarından ibarət əlavə korpus tikilib istifadəyə verilmişdir. Nümayəndəlik tərəfindən ünvanlı sosial yardım almaq üçün ərazidə 62 aztəminatlı ailə müəyyən edilmiş və onların sənədləri rayon icra hakimiyyətinə təqdim olunmuşdur.

2013-cü il mühüm siyasi hadisə- Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə yadda qalmışdır. Nümayəndəliyin əməkdaşları ərazidə yerləşən 22 saylı Nəsimi 2-ci Seçki Dairəsi ilə sıx əlaqə yaradaraq seçici siyahılarının dəqiqləşdirilməsi, təbliğat və təşviqat lövhələrinin yerlərinin müəyyənləşdirilməsi və yerləşdirilməsi, digər texniki işlərin həllində yaxından kömək göstərmiş, seçkilərin mütəşəkkil və obyektiv keçirilməsi üçün əllərindən gələni əsirgəməmişlər.

İl ərzində nümayəndəlik rayon icra hakimiyyəti tərəfindən göndərilən sənədlərin, vətəndaşlardan daxil olmuş müraciət, ərizə və şikayətlərin obyektiv araşdırılmasını, qanunla müəyyən edilmiş müddətdə icrasını təmin etmişdir. Nümayəndəlik rayonda keçirilmiş ictimai, mədəni-kütləvi tədbirlərin, təntənəli mərasimlərin təşkil olunmsında fəal iştirak etmiş, rayon icra hakimiyyəti tərəfindən qarşıya qouylan vəşifələrin yerinə yetirilməsini təmin etmişdir.

Sonra 59 saylı MKİS-nin rəisi Ə.Rüstəmov, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor İ.Həmidov, 35 saylı orta məktəbin direktor müavini A.Sofiyev və 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin direktoru R.Kazımov çıxış etdilər.

Nəsimi Rayon İcra Hakimyyətinin başçısı Nəsib Məhəməliyev yığıncaqda yekun çıxışı etdi.

Keçidlər