Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 1 nömrəli SİƏD üzrə nümayəndəliyin hesabat yığıncağı

29 yanvar 2014 | 16:00

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2013-cü ildəki fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilmişdir.

Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq bildirdi ki, 2013-cü il  sosial-iqtisadi vəzifələrin icrası, dövlətimizin beynəlxalq nüfuzunun artması baxımından uğurlu il olmuş, ölkəmizdə bütün sahələrdə dinamik inkişaf davam etmişdir. Bütün bunlar əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş müdrik siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir.
Respublikamızda digər sahələrdə olduğu kimi idarəetmədə də islahatlar həyata keçirilir, müasir idarətmə formaları tətbiq edilir, yeni strukturlar yaradılır. İdarəetmənin operativliyinin və səmərəliliyinin artırılması baxımından 2012-ci ilin sonundan təşəkkül tapan sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 1, 2 və 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri də işlərini günün tələbləri səviyyəsində qurmağa çalışırlar.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Xanbaba Xankişiyev hesabat məruzəsi ilə çıxış etdi. O bildirdi ki, 1 nömrəli SİƏD 2.82 kvadrat kilometr ərazini əhatə edir və onun ərazisində 81112 nəfər yaşayır.  Ötən il ərazidəki mənzillər üzrə təsərrüfatların, təsərrüfat üzvlərinin, müvəqqəti yaşayan şəxslərin siyahısı tərtib edilmiş, ev təsərrüfatlarının uçotu aparılmışdır. Hazırda məlumatların dəqiqləşdirilməsi prosesi gedir.
Nümayəndəliyin ərazisində əhalinin elektrik enerjisi, su, qaz, istilik təchizatını yaxşılaşdırmaq məqsədilə rayonun xidmət sahələri tərəfindən müvafiq tədbirlər görülüb.
Nümayəndəlik il ərzində əraziyə xidmət göstərən mənzil-kommunal istismar sahələrinin fəaliyyətlərinin əlaqələndirilməsi ilə məşğul olmuş, yerlərdə sanitar vəziyyət daim nəzarətdə saxlanılmışdır. Ərazidə qanunsuz tikintilərin qarşısının alınması məqsədilə tədbirlər görülmüş və nəticələri barədə rayon icra hakimyyətinə mütəmadi olaraq məlumat verilmişdir.
Fəaliyyəti ərzində nümayəndəliyə vətəndaşlardan və müxtəlif təşkilatlardan müraciətlər daxil olmuşdur. Müraciətlərə qanunun tələblərinə uyğun olaraq baxılmış, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyatı qurumlarla əlaqə yaradılmış və icraları təmin edilmişdir.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev yekun çıxışı etdi.

Keçidlər