Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Gənclər Günü qeyd edildi

02 fevral 2014 | 16:00

Nəsimi rayonunda Gənclər Günü münasibətilə tədbir keçirilib. Əvvəl rayonun gənc rəssamlarının əsərlərindən ibarət sərginin nümayişi oldu. Göstərilən 300-ə yaxın əsər yaradıcılarının  istedadından və bədii fantaziyasından xəbər verirdi. Rəsmlər tamaşaçılarda böyük təəssürat yaratdı.

Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq gəncləri əlamətdar gün münasibətilə təbrik etdi və onlara uğurlar arzuladı. O, bildirdi ki, Azərbaycanda dövlət gənclər siyasətinin formalaşdırılması və təşəkkülü ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclərə həmişə böyük qayğı göstərmiş, onların hərtərəfli inkişafı üçün səyini əsirgəməmişdir. Bunun sayəsində hazırda gənclər dövlət orqanlarında, parlamentdə, iri biznes və maliyyə qurumlarında, bələdiyyələrdə geniş təmsil olunur, ölkəmiz üçün taleyüklü məsələlərin həllində fəal iştirak edir, təhsil, mədəniyyət və idmandakı uğurları ilə Azərbaycana başucalığı gətirirlər.

  Məhz ulu öndərimizin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin I forumu keçirilmişdir. Ümummilli liderin 1997-ci ildəki sərancamı ilə hər il fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov gəncləri təbrik etdi. O, ölkəmizdə gənclərlə işin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirdi və bu sahədə əldə edilən nailiyyətlərdən danışdı.

Sonra rayonun ictimai həyatında, təhsil və idmanda nailiyyətlər qazanmış bir qrup gəncə fəxri fərmanlar və qiymətli hədiyyələr verildi.

İncəsənət ustaları böyük konsert proqramı ilə çıxış etdilər. 

Keçidlər