Nəsimi rayonu ərazisində 2014-cü ilin yanvar ayı ərzində görülmüş işlər barədə
Yanvar ayı ərzində Nəsimi rayonunda proqrama uyğun olaraq 22, 111 və 147 saylı körpələr-evi uşaq bağçasında və 46, 54 saylı tam orta məktəblərdə, Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksində və 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində əsaslı təmir işləri davam etdirilir.
Rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Proqramından əlavə 23 saylı tam orta məktəb sökülərək yerində müasir tələblərə cavab verən yeni məktəb binasının inşaatı davam etdirilir.
B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunda əsaslı təmir işləri davam etdirilir.
Hal-hazırda II mikrorayonda yerləşən Heydər parkında və V mikrorayonda yerləşən Cavadxan küçəsindəki parkda təmir işləri aparılır.
Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 kv-luq İstismar şöbəsi tərəfindən 10/6 kv-luq kabel xəttlərinin dəyişdirilməsi və təmiri zamanı 126 metr yüksək gərginlikli kabel, 0,4 kv-luq kabel xəttlərinin dəyişdirilməsi, təmiri, yenidənqurulması və sayğaclaşması zamanı 1455 m müxtəlif markalı kabellər istifadə olunmuşdur.
Sayğaclaşma və yenidənqurma zamanı 2 ədəd giriş və paylayıcı şit, 9 ədəd 1 sayğaclı panel, 10 ədəd 10 sayğaclı panel quraşdırılmışdır.
88 saylı yarımstansiyada Dağlıq-88 № 2 kabel xətti sxmə salınmış, Dərnəgül2 -88 № 1 hava xətti muftalanmışdır. 99 saylı yarımstansiyada 1 və 2 saylı 25 mVA transformatorların və 10 kv-luq TM-1482 № 2, TM -2388 № 1, TM-1141 № 1, TM-1141 № 2, TM-3120 № 1, 3120 № 2, TM-331 , Metro Nəsimi 10 kv-luq mühafizəsi yoxlanıldı.
Yanvar ayı ərzində 501 ədəd mexaniki qaz sayğacları Smart-kart tipli qaz sayğacları ilə əvəz olunmuşdur. İstehlakçılara verilən təbii qazla fasiləsiz təmin edilməsi üçün Mərdanov qardaşları küçəsi 84/86, A.Qurbanov 6, M.Qaşqay 8, 10, 16, 23, 33/37, 41 ünvanlarında müxtəlif diametrli 554 p.m. yeni qaz xətti çəkilmişdir.
Nəsimi rayon Su kanal Departamenti tərəfindən baş vermiş qəzalar aradan qaldırılmış, C.Məmədquluzadə küçəsi 99, Mir Cəlal küçəsi 40, H.Seyidzadə küçəsi 5, vidadi küçəsi 189, Əbilov küəsi 209, A.Qurbanov və Ə.Hüseynzadə küçələrinin kəsişməsində müxtəlif diametrli ümumilikdə uzunluğu L-186 p.m. su xətləri yenisi ilə əvəz edilmiş, 2 ədəd siyirtmə və 1 ədəd yanğın hindrantı təmir edilmişdir..
Nasos stansiyalarında 1 dəst müxtəlif markalı nasos avadanlıqları təmir edilmiş, 1 dəst elektrik mühərrikləri təmir edilmiş, 16 p.m. kabel xətti çəkilmiş, 4 ədəd elektrik avadanlığı təmir olunmuşdur.
340 ədəd yağış barmaqlıqları, 265 ədəd kanalizasiya nəzarət quyusu, 3870 p.m. fekal kanalizasiya şəbəkəsi və 791 p.m. yağış kanalizasiya şəbəkəsi yuyulub təmizlənmişdir. Ümumilikdə zirzəmilərdə müxtəlif diametrli 76 p.m kanalizasiya xətti təmir edilmiş, 5 kanalizasiya quyusu quraşdırılmışdır. D-150mm olan L-21.5 p.m. kanalizasiya xətti dəyişdirilmişdir.
1-ci mkr. Moskva prospekti 56, 90 saylı yaşayış binalarının aşağı paylayıcı istilik xətləri yeniləşdirilərək istilik mənbəyinə qoşulmuşdur. 3 saylı istilik məntəqəsindən qidalanan M.Kazımovski küçəsi 17 ünvanda yerləşən yaşayış binasının aşağı paylama və məhəllədaxili istilik xətləri yenidən bərpa olunaraq istilik mənbəyinə qoşulmuşdur. S.Rəhman küçəsi 2a saylı yaşayış binalarının istilik mənbəyinə qoşulmuşdur.
1 saylı İSİS-nin Nəsimi rayonu ərazisinə düşən 26 ədəd qazanxana, RİQ-1 və 19 ədəd istilik məntəqəsi hal hazırda işləyir, 212 yaşayış binası, 18 məktəb, 12 uşaq bağçası, 6 səhiyyə obyekti və 25 digər obyekt istilik enerjisi ilə təmin olunur.