Şriftin ölçüsü :

Saytın rəngi :

2011-2013-cü illərdə ölkə Başçısı tərəfindən imzalanmış fərman və sərəncamların icrası ilə bağlı Nəsimi rayonunda görülmüş işlər barədə Məlumat

14 fevral 2014 | 16:00

 

 Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar rayon icra hakimiyyətində tədbirlər planı hazırlanaraq silsilə tədbirlər keçirilmişdir. 13.09.2011-ci il tarixdə rayon icra hakimiyyəti “Azərbaycan qəzeti” ilə birgə “Müstəqil Azərbaycan-20:  davamlı və sürətli inkişaf strategiyası” mövzusunda “Ambassador” otelində konfrans keçirmiş, konfransda Azərbaycan qəzetinin baş redaktoru B.Sadıqov və rayon İcra hakimiyyətinin başçısı N.Məhəməliyev geniş məruzə ilə çıxış etmişlər.
10.10.2011-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyəti Bakı şəhər mədəniyyət və Turizm idarəsi ilə birgə kitab sərgisi təşkil etmiş, tədbirin sonunda konsert olmuşdur.
    12.10.2011-ci il tarixdə Rayon İcra Hakimiyyəti Bakı Slavyan Universiteti ilə birgə Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar konfrans keçirmişdir. Konfransda RİH Başçısı Nəsib Məhəməliyev, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev, millət vəkilləri Məlahət İbrahimqızı və Asim Mollazadə çıxış etmişlər.
     Bunlardan əlavə Azərbaycan  Respublikasının Dövlət  müstəqilliyinin bərpasının iyirmi illiyi ilə əlaqədar rayonun idarə, təşkilat, ali və tam orta təhsil müəssisələrində bir sıra tədbirlər keçirilmişdir. Keçirilmiş bütün tədbirlər ayrı-ayrı kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.

Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə əlaqədar rayonun S.Vurğun küçəsi və Vaqif prospektinin kəsişməsində yerləşən parkda müstəqillik illərində qazanılmış uğurları əks etdirən fotostendlər və kitablardan ibarət səyyar sərgi keçirilmişdır. Tədbirin sonunda bayram  konserti olmuşdur.

  1, 9, 14, 16, 19, 44, 46, 54, 111, 133, 159, 211, 240, 266, 292 saylı tam orta məktəblər əsaslı təmir edilmişdir.

 35 saylı tam orta məktəb əsaslı təmir edilmişdir, 20 əlavə sinif otağı və idman zalı tikilmişdir.

 151 saylı məktəb üçün 8 əlavə sinif otağı, akt və idman zalları tikilmişdir.
 164 saylı tam orta məktəb 2012-ci ildə Təhsil Nazirliyinin xətti ilə Dünya bankının vəsaiti hesabına əsaslı təmir edilmişdir.
 5 saylı tam orta məktəb əsaslı təmir edilmişdir, 20 əlavə sinif otağı tikilmişdir.

6, 18, 45, 74, 92, 96, 100, 108, 111 saylı körpələr evi-uşaq bağçaları əsaslı təmir edilmişdir.
Rayon ərazisində , xüsusilə mərkəzdə yerləşən küçə, park, meydan və xiyabanlarda loqo və meqalay tipli reklam şitləri, “Avropa”, “İrşad” və “Ambassador” otellərinin qarşısında respublikanın görkəmli yerləri, turizm bölgələri və  tarixi və mədəniyyət obyektləri barədə təbliğat vasitələri quraşdırılmış, eyni zamanda rayon ərazisində aparılan abadlıq-quruculuq işləri zamanı quraşdırılan müvəqqəti mühafizə hasarlarının üzərində Bakının görməli yerlərinin fotoşəkilləri yerləşdirilmişdir.
Rayon ərazisindən keçən mərkəzi yollar abadlaşdırılmış, yol kənarlarında əsaslı yenidən qurma işləri aparılmışdır.
Rayonun ayrı-ayrı ərazilərində, parklarda, idman məktəblərində, yaşayış binalarının həyətlərindəki idman meydançalarında, mədəniyyət evlərində idmanı və bədən tərbiyəsini təbliğ edən plakatlar, olimpiya, dünya çempionlarının şəkilləri yapışdırılmışdır.
Azərbaycan MOK-nin yaranmasının  iyirminci ildönümü ilə əlaqədar uşaq, yeniyetmə və gənclər arasında idmanın müxtəlif növləri üzrə turnirlər, sərbəst güləş, boks, cüdo, futbol və voleybol üzrə rayon birincilikləri, idmana aid mövzulara dair dəyirmi masalar keçirilmiş, idmançıların yekun toplanışında qaliblər rayon icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələrlə mükafatlandırılmışlar
Rayonun 4 mkr ərazisində idmanın bir sıra növləri ilə ( futbol, voleybol, basketbol, qaçış və s) məşğul olmaq üçün hər cür şəraitə malik idman meydançası tikilərək istifadəyə verilmişdir. İdman meydançası ən müasir işıqlandırma sistemi, 500 nəfərdən artıq tamaşaçı tutumu olan  tribunalar, müxtəlif idman növləri üzrə yarışların keçirilməsi üçün lazımi avadanlıqlarla təchiz olunmuşdur.  İdman meydançasının yaxınlığında 1 ha-a yaxın ərazini əhatə edən sahədə yeni istirahət parkı salınaraq idmançıların istifadəsinə verilmişdir. Parkda geniş yaşıllıq zolaqları yaradılmış, 500-dən artıq ağac, gül kolları və dekorativ kollar,  300 kv.m.-dən artıq sahəyə qazon əkilmiş, 2000 kv.m. –dən artıq sahəyə milli ornamentlərə uyğun daş pillə döşənmiş, müasir işıqlandırma sistemi quraşdırılmış, rahat oturacaqlar, müxtəlif uşaq oyun elementləri yerləşdirilmişdir. Yuxarıdakılardan əlavə olaraq rayon ayrı-ayrı ərazilərindəki yaşayış evlərinin həyətlərindəki idman meydançaları və qurğuları əsaslı təmir edilmişdir.
Azərbaycanda  Olimpiya hərakatının inkişafı ilə bağlı rayonda silsilə tədbirlər keçirilmişdir. Rayon məktəblilərindən ibarət voleybol, basketbol və futbol komandaları arasında yarışlar təşkil olunmuş, qaliblər rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Gəncləır günü Bədən tərbiyəsi və idman günü, Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü, Respublika günü, Milli qurtuluş günü, Novruz bayramı, YAP-nın yaranmasının 20-ci ildönümünə həsr olunmuş ümumrayon tədbirlərində idmançıaların nümunəvi çıxışları nümayiş olunmuşdur.
Rayon üzrə “İdman sağlamlıqdır” devizi altında 50-dən çox tədbir keçirilmiş, yarışların qaliblərinə RİH  rayon Gənclər və İdman İdarəsi, ali təhsil müəssisələri tərəfindən qiymətli hədiyyələr və kuboklar təqdim olunmuşdur.
“Açıq Hökümətin təşviqinə dair  2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar informasiya əldə edilməsinin asanlaşdırılması üçün RİH Aparatında informasiya azadlığının təmin edilməsi məqsədi ilə məsul dövlət qulluqçuları müəyyən edilmiş, informasiya azadlığı ilə bağlı daxili icraat qaydaları qəbul edilmiş və bu barədə rayon ictimaiyyəti məlumatlandırılmışdır.
2013-cü ildə RİH-in internet saytında rayon İcra Hakimiyytəinin fəaliyyətinə aid olan məlumatlar müntəzəm olaraq yeniləşdirilmiş, Nəsimi rayon İcra Hakimiyyətində fəaliyyət göstərən  “Qaynar xətt” vasitəsi ilə daxil olan məlumatlarla əlaqədar yaradılmış tədbirlər sistemi daha da təkmilləşdirilmişdir. Vətəndaşların ərizə və şikayətlərinin  elektron qaydada qəbulu və rəsmi cavablandırılması işinin təkmilləşdirilməsi məqsədilə  rayon İcra Hakimiyyətinin rəsmi saytında  (nasimi-ih.qov.az) “Elektron müraciət  ” bölümü bundan əlavə , Nəsimi  RİH-nin inzibati binasında elektron idarəetmə  və məlumat bazası (“e-all.biz)  yaradılmışdır ki,, bu xidmət  vasitəsi ilə vətəndaşlara  RİH-nə dərhal müraciət etmək , müraciətin icrası barədə məlumat əldə etmək imkanı yaradılmışdır.
Rayon İcra Hakimiyyətinin və struktur bölmələrinin öz fəaliyyətləri barədə məruzələri tərtib edilərək internet səhifələrində yerləşdirilmiş, rayon ictimaiyyəti ilə birbaşa ünsiyyət formasında  müxtəlif tədbirlər keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin internet saytında xüsusi bölmə yaradılmış, vətəndaşların elektron qaydada şikayət etmə mexanizmi təkmilləşdirilmişdir. Ötən il ərzində rayon İcra Hakimiyyətində  Dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi və peşəkarlığının artırılması istiqamətində də müəyyən tədbirlər görülmüşdür. Rayon İcra Hakimiyyətinin və onun struktur  bölmələrinin səlahiyyətlərinin dəqiqləşdirilməsi, onların fəaliyyətlərində təkrarçılğın aradan qaldırılması və maraqlar toqquşmasının qarşısının alınması üzrə müəyyən işlər görülmüş, rayon ictimaiyyəti və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə seminar, mühazirə və treninqlər təşkil edilmişdir.
    2013-cü ildə rayon İcra Hakimiyyətində etik davranış qaydalarının təkmilləşdirilməsi iıə bağlı fəaliyyət planına müvafiq olaraq ciddi tədbirlər həyata keçirilmiş, etik davranış qaydalarının pozulması hallarına yol verilməmişdir.
2013-cü ildə həyata keçirilmiş satınalmaların predmeti, həcmivə tarixi barədə məlumatlar  Satınalmalar üzrə Dövlət Agentliyinin internet səhifəsində yerləşdirilmişdir
Dövlət satınalma prosedurları nəticəsində bağlanan satınalma müqavilələrinin surətləri  yekun protokollarla birlikdə  vahid reyestrə  daxil edilməsi üçün  Satınalmalar üzrə Dövlət Agentliyinə və Bakı şəhər Vergilər Departamentinə göndərilmişdir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin Nəsimi rayonunda yüksək səviyyədə keçirilməsi ilə bağlı rayon İcra Hakimiyyəti Başçısının 24 saylı, 05.02.2013-cü il tarixli Sərəncamı hazırlanmış və tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına əsasən rayonda silsilə tədbirlər həyata keçirilmişdir.
   May ayının 10-na qədər hər həftənin şənbə və bazar günləri rayon İcra Hakimiyyəti rayon ərazisində yerləşən idarə və müəssisələrlə birgə iməciliklər keçirmiş, ağac və gül kolları əkilmişdir.
   08.04.2013-cü il tarixdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar rayon İcra Hakimiyyəti Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birgə Rus Dram Teatrında tədbir keçirmişdir.
   19.04.2013-cü il tarixdə Heydər Əliyev  Sarayında rayon İcra Hakimiyyəti rayonun 23 saylı tam orta məktəbi ilə birgə Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar tədbir keçirmişdir.
    25.04.2013-cü il tarixdə “Ambassador” otelinin konfrans zalında rayon İcra Hakimiyyəti Yeni Azərbaycan  Partiyası Nəsimi rayon təşkilatı ilə birgə  Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Heydər Əliyev haqqında slaydın açılış mərasimini keçirmişdir.
    26.04.2013-cü il tarixdə 1 saylı tam orta məktəbdə rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə  Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar rayonun 1 və 133 saylı tam orta məktəblərinin şagird kollektivi nümunəvi çıxışlar etmişlər.
      Müstəqil Azərbaycan Dövlətinin banisi və qurucusu, Azərbaycan xalqının ümummilli lideri    Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə Nəsimi  rayonunda Gül bayramının keçirilməsi haqqında Rayon İcra Hakimiyyəti Başçısının 62 saylı, 05.03.2013-cü il tarixli Sərəncamı hazırlanmış və tədbirlər planı təsdiq edilmişdir.
   02.05.2013-cü il tarixdə  S.Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində yerləşən parkda  Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə  “Gül bayramı” keçirilmiş, bayramda rayon ictimaiyyətinin nümayəndələri,təhsil,məktəbəqədər tərbiyə müəssisələrinin kollektivləri iştirak etmişlər. Tədbirdə 50.000-dən yuxarı təbii güllərdən müxtəlif eksponatlar hazırlanmış, əl işləri nümayış etdirilmişdir.
   07.05.2013-cü il tarixdə S.Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində yerləşən parkda   Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunmuş, respublikanın tanınmış incəsənət ustaları rəngarəng  çıxışları ilə iştirak etmişlər. Tədbirin sonunda atəşfəşanlıq olmuşdur.Tədbir İctimai Televiziya ilə canlı yayımlanmışdır.
     Bunlardan əlavə Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar rayonun idarə, təşkilat, Ali və tam orta təhsil müəssisələrində alimlərin, yaradıcı ziyalıların və ictimai xadimlərin iştirakı ilə bir sıra tədbirlər keçirilmişdir.
Rayonun ayrı-ayrı ərazilərində İKT ili ilə əlaqədar təşviqat xarakterli məlumatlar yerləşdirilmişdir.
  Görülən işlər  KİV-də geniş şəkildə işıqlandırılmışdır.
Nəsimi Rayon İcra Hakimiyyətinin internet informasiya ehtiyatları və elektron poçt ünvanı Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sərəncamında olan Azərbaycan Respublikasının Dövlət orqanları üçün məlumat və resurs məkəzində yerləşdirilmişdir.
Sistem iştirakçısı olaraq qovşaqların texniki vasitələrinin yeniləşdirilməsi üçün xüsusi otaq ayrılmışdır.İdarələrarası elektron sənəd dövriyyəsi çərçivəsində elektron sənəd mübadiləsini bilavasitə həyata keçirmək üçün məsul şəxs müəyyən edilmişdir.

Keçidlər