Nəsimi rayonu üzrə əhalinin tibbi müayinədən keçirilməsi
19 fevral 2014 | 16:00
Əhalinin sağlamlığının qorunması və xəstəliklərin erkən aşkarlanması məqsədilə fevral ayının 17-dən etibarən respublika üzrə əhalinin icbari dispanserizasiyası aparılır. Əhalinin icbari müayinəsi cari ilin may ayının 1-dək davam edəcək. Nəsimi rayonunda da tibb müəssisələri icbari dispanserizasiyaya hazır vəziyyətə gətirilib. Əgər zərurət olarsa, dispanserizasiyadan keçənlərin xəstəliklərinin müalicəsi də dövlət hesabına aparılacaq. Bununla bağlı 17 fevral tarixində Nəsimi rayonu ərazisində yerləşən 1, 3, 5 və 20 nömrəli poliklinikalarda 2000 nəfər yaxın rayon sakini pulsuz müayinə olunmuşdur. Proses həftənin bazar və bayram günləri istisna olmaqla may ayının 1-nə dək hər gün davam edəcək.