3-cü mikroraron Alı Mustafayev 41 saylı binada abadlıq və yenidənqurma işləri davam edir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq 3-cü mikrorayon Alı Mustafayev 41 saylı binanın həyətində kök üstə qurumuş və təhlukəli vəziyyətdə olan agaclar ərazidən çıxarılıb, binanın həyətində olan istinad divarlarının beton konstruksiya ilə gücləndirməsi işi aparılır .
Eyni zamanda ümumi yaşayış binanın fasadında bərpa, rənglənməsi işləri aparılır, blokların qapı və pəncərələri yeniləniləri ilə ilə əvəz olunur, yağış suları axıdan boru və navalçaların dəyişdirilir , binanın dam örtüyündə əsaslı təmiri işləri aparılır , həyətə yeni bardürlərın, asfalt və tamet daşlarının vurulması, yeni işiqlandırma sisteminin çəkilməsi və sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq - oyun elementlərinin quraşdırılması nəzərdə tutulur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər prospekt və küçələrində asfaltlaşma və abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.