3-cü mikroraron Alı Mustafayev 41 saylı binada quruculuq və yenidənqurma işləri aparılır.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq 3-cü mikrorayon Alı Mustafayev 41 saylı binanın həyətində kök üstə qurumuş və təhlukəli vəziyyətdə olan agaclar ərazidən çıxarılıb, binanın hətyətində istinad divarları bərpa olunub.
Eyni zamanda ümumi yaşayış binanın fasadının bərpası və rənglənməsi, həyətə yeni bardürlərın, asfalt və tamet daşlarının vurulması, binanın dam örtüyünün əsaslı təmir olunması, blokların qapı və pəncərələrinin yeniləniləri ilə əvəz olunması, yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi işləri aparılacaq və sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, müxtəlif növ uşaq - oyun elementlərin və oturacaqların quraşdırılması işləri də nəzərdə tutulub .