3 dekabr - Beynəlxalq Əlillər günü münasibəti Nəsimi rayonu 268 nömrəli Xüsusi məktəbin qayğıya ehtiyacı olan şagirdləri ilə görüş keçirilmişdir.
3 dekabr – Beynəlxalq Əlillər günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi rayon Bələdiyyəsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən 268 nömrəli Xüsusi məktəbin qayğıya ehtiyacı olan şagirdləri ilə görüş keçirilmişdir.
Beynəlxalq Əlillər Günü Ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə 1994-cü ildən Azərbaycanda da qeyd edilir. Ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi əlillər də daim dövlətin qayğısı ilə əhatə olunmuş və onların bütün problemlərinin həlli həmişə diqqət mərkəzində saxlanılır. Əlillərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşaması üçün zəruri tədbirlər həyata keçirilir. Xüsusi qayğıya ehtiyacı olan bütün vətəndaşlar kimi, əlillərin də rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin və Nəsimi rayon Bələdiyyəsinin məsul əməkdaşları məktəbdə şagirdlərin ziyarət edərək, orda təhsil alan uşaqlara hədiyyələr verilmiş və xatirə şəkilləri çəkilmişdir.