Şriftin ölçüsü :

Saytın rəngi :

3 dekabr - Beynəlxalq Əlillər günü münasibəti “Zabitlər Parkı”nda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirilib.

04 dekabr 2023 | 10:43

Əlilliyi olan insanlara Ümummilli lider Heydər Əliyevin vaxtilə göstərdiyi  diqqət və qayğı 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. “Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki, bunu edək” deyən dövlət başçısının bu sözləri isə əlilliyi olan şəxslərin sosial müdafiəsinin daim gücləndirilməsində öz əməli təsdiqini tapır. Dövlət tərəfindən bu qəbilədən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Bu insanların müalicəsi, reabilitasiyası, sosial təminatı ildən-ilə yaxşılaşır. Əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrinin biri  olduğundan onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Onların çoxunun maddi və ya hər hansı digər yardımdan çox adi mənəvi yardıma ehtiyacı vardır. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı göz qabağındadır. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq  müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır. Dövlət səviyyəsində əlil vətəndaşlara olan qayğı ölkəmizin bütün guşələrində də öz əksini tapmaqdadır.

Hər il olduğu kimi bu ildə 3 dekabr – Beynəlxalq Əlillər  günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti  tərəfindən  rayon ərazisində yerləşən “Zabitlər Parkı”nda xüsusi qayğıya ehtiyacı olan    uşaqlar üçün  tədbir keçirilmişdir.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və Nəsimi rayonunda yaşayan və 268 nömrəli Xüsusi məktəbdə təhsil alan xüsusi qayğıya ehtiyacı olan  uşaqlar iştirak ediblər.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirdi ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən bütün dünyada keçirilən Beynəlxalq Əlillər Günü Ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə 1994-cü ildən Azərbaycanda da qeyd edilir. Ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi əlillər də daim dövlətin qayğısı ilə əhatə olunmuş və onların bütün problemlərinin həlli həmişə diqqət mərkəzində saxlanılır. Əlillərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşaması üçün zəruri tədbirlər həyata keçirilir. Xüsusi qayğıya ehtiyacı olan bütün vətəndaşlar kimi, əlillərin də rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir. 

Tədbirdə iştirak edən xüsusi qayğıya ehtiyacı olan uşaqlara və 268 saylı Xüsusi məktəbdə təhsil  alan  şagirdlərə  nahar süfrəsi açılmış və hədiyyələr verilmişdir. Gün ərzində uşaqlar parkda olan müxtəlif oyun elementlərindən istifadə edərək şənlənmişlər.

Keçidlər