Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 2013-cü il uğurlarla yadda qalıb

21 fevral 2014 | 16:00

Nəsimi rayonunda 2013-cü ilin sosial-iqtisadi inkişafının  yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir. Tədbiri rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq hesabat məruzəsi ilə çıxış etmişdir.  Natiq bildirmişdir ki, 2013-cü il ölkəmizin qarşısında duran sosial-iqtisadi vəzifələrin icra edilməsi, bu istiqamətdə nəzərdə tutulmuş bütün proqram və layihələrin yerinə yetirilməsi baxımından uğurlu il olmuşdur. Bütün bunlar əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş müdrik və uzaqgörən siyasətin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir. Dövlət başçımızın rəhbərliyi altında həyata keçirilən iqtisadi strategiya social yönümlüdür və o, bu sahədəki vəzifələrin kompleks həllinə hesablanmışdır.
Bu il yanvarın 9-da  Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər  Kabinetinin keçən ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmiş və burada dövlət başçısının giriş və yekun nitqlərində ölkəmizdəki iqtisadi və siyasi vəziyyət dərindən təhlil edilmiş, əldə olunmuş uğurlar qiymətləndirilərək qarşıda duran vəzifələr və onların həlli yolları müəyyənləşdirilmişdir.
Ölkəmiz üçün bütün sahələrdə uğurlarla yadda qalan 2013-cü ildə Nəsimi rayonunun da  sosial-iqtisadi inkişafında nailliyyətlər əldə edildiyi qeyd edildi.
Sonra YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı da çıxış edərək ölkədə görülən işlərin əhəmiyyətindən və Nəsimi rayonunda əldə edilmiş uğurlardan danışdı. O, həmçinin 2013-cü ilin xalqımızın həyatında Azərbaycan Respublikası  Przidentinin seçkiləri kimi əlamətdar hadisə ilə yadda qaldığını bildirdi və xalqımızın seçiminin uğurlu nəticələrindən danışdı. 
Daha sonra Azərbaycan Respublikası Prezidenti Aparatının məsul əməkdaşı Tağı Tağıyev tədbirdə çıxış etdi.
İclasın  yekunları əsasında qərar qəbul edildi. Toplantı iştirakçıları adından Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə  müraciət qəbul edildi.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev iclasda yekun çıxışı etdi. O, cari ildə qarşıda duran məsələlərin həlli üçün rəhbər  şəxslərin və məsul  işçilərin  səylərini daha da artırmalarının,  onların davranış qaydalarına və  mənəvi-etik normalara əməl etmələrinin vacibliyini vurğuladı.

Sonra 2013-cü il ərzində fəaliyyətində daha çox uğurlar qazanan İcra Hakimiyyəti əməkdaşları mükafatlandırıldı. 

Keçidlər