Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu 133 №–li tam orta məktəbdə 21 fevral “Beynəlxalq Ana dili” günü ilə əlaqədar “Dilimiz varlığımızdır” adlı ədəbi-bədii gecə keçirildi

22 fevral 2014 | 16:00

21 fevral 2014-cü il tarixdə Nəsimi rayonu 133 №–li tam orta məktəbdə 21 fevral “Beynəlxalq Ana dili”  günü ilə əlaqədar “Dilimiz varlığımızdır” adlı ədəbi-bədii gecə keçirildi.  Şagirdlərin hazırladığı səhnəciklər, şeirlər və çıxışlarda dilimizin şirinliyindən, saflığından, onun qorunub saxlanılmasından və daha da inkişaf etdirilməsindən danışıldı. Ulu öndərimizin dilimizin inkişafına qayğısından, onun dilimizin inkişafı üçün verdiyi fərman və sərəncamlarda haqqında ətraflı məlumat verildi.
     Ölkə prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası və kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli   Ensiklopediyasının hazırlanması” haqqında verdiyi sərəncamlar tamaşaçıların diqqətinə çatdırıldı.
     Şagirdlərin ifasında vətən, torpaq doğma dilimiz haqqında mahnılar səsləndi.
     Məktəbin direktoru tədbirdə yekun nitqi söylədi və şagirdlərə öz tövsiyələrini verdi.

Keçidlər