“ Haray, Xocalı, haray”
Xocalı faciəsindən 22 il ötür. Xocalı faciəsi insanların yaddaşına həmişəlik həkk olunmuşdur. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar 21.02.2014 – cü il tarixində Bakı şəhəri Nəsimi rayonu 28 № li tam orta məktəbdə “ Haray, Xocalı, haray “ adlı tədbir keçirilmişdir.
Məktəbin dəhlizində sərgi təşkil olunmuş, şəkillər, stendlər, plakatlar nümayiş etdirilmişdir.
Təşkil olunmuş tədbirin özəlliyi ondadır ki, “Xocalı faciəsi”ni məktəbin müəllim və şagird kollektivi birgə yaşadılar.
Tədbirdə, Təhsil Nazirliyinin aparıcı məsləhətçisi – Gülarə Xudiyeva, Nəsimi rayon İcra Başçısının müavini – Gülarə Verdiyeva, BŞTİ – nin müdir müavini – H.Əsgərov, şöbə müdirləri – Dürdanə xanım, Arzu xanım, “Azərbaycan Müəllimi” qəzetinin müxbiri – Yusif müəllim, Xocalı sakini - Sahilə xanım, 21 – ci Polis Bölməsinin Mayoru – Aidə xanım, Nəsimi rayon İdman Gənclər İdarəsinin rəis müavini Şahmar müəllim iştirak etmişlər. Onlar çıxış edərək bu tarixi faciənin unudulmaması və Xocalı faciəsinin acı nəticələrini hamının bilməli və daim yadda saxlamalı olduğunu vurğuladılar.
Nəsimi rayonu 28 № li tam orta məktəbin direktoru Əlizadə Mehriban Rüfət qızı tədbirdə geniş çıxış etdi.
Tədbir “ Oğul əsgər gedir“ səhnəciyi ilə başa çatdı.