Şriftin ölçüsü :

Saytın rəngi :

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı.

31 dekabr 2022 | 07:41

Bu gün milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Yeni 2023-cü ilin astanasındayıq.

Artıq biz tarixi sınaqdan uğurla çıxan birlik və bərabərliyimizin bariz nümunəsi olan həmrəylik günümüzü böyük qürur hissi ilə Tarixi Qələbənin doğurduğu yüksək əhval-ruhiyyə şəraitində qeyd edirik.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış və hər bir Azərbaycanlının sevinc və qürur hissinə çevrilmiş bu qələbədə canlarından keçməklə xalqımızın azadlığı uğrunda qəhrəmanlıq dastanı yazan bütün Şəhidlərimizin xatirəsini bu əziz günlərdə bir daha ehtiramla yad edirik.

Qalib xalqımıza hər zaman birlik və həmrəylik arzulayırıq!

Bununla əlaqədar başda Şəhid və qazi ailələri olmaqla Nəsimi rayon ictimaiyyətini və bütün xalqımızı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, sağlıq, səadət və uğur dolu günlər arzulayırıq.

Bayramınız mübarək!

Keçidlər